Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlandı  |     22:55 Bakıda tozlu hava - Təhlükə haradan gəlir?  |     22:48 “Mercedes” G sinfindən olan kabrioletin istehsalına yenidən başlayacaq  |     22:43 Məşhur kriptovalyuta platforması qızıla sərmayə qoymaq istəyir  |     22:36 Marqarin istehsalı azalıb  |     22:30 "Facebook" bu funksiyanı geri gətirir  |     22:22 Qızılbalıq kürüsünün qiyməti kəskin bahalaşdı  |     22:17 Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı  |     22:09 Universitetlər subbakalavrları niyə istəmir?  |     22:04 Azərbaycan ərazisində radioloji vəziyyət necədir?  |     21:58 Xalq artisti Türkiyədəki villasını niyə satıb?  |     21:51 "Dırnaq ustalarının tibbdən anlayışı yoxdur" - Professor  |     21:46 Gediş haqqı məsafəyə görə ödəniləcək?  |     21:39 43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi  |     21:33 6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?  |     21:28 ABŞ-də Müdafiə Nazirliyi yaradıldı  |     21:20 Zaqatala sakini Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU (FOTO)  |     21:14 Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları başa çatıb  |     20:50 Problemləri bitməyən 4 hibrid avtomobil - Ekspertlər açıqladı  |     20:45 Tiktokda "Xakker Tamerlan" adı ilə tanınan yayımçı həbs edilib  |    

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) APA-ya verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, “Report spam” seçimini etməklə mesajı “spam” olaraq şikayət etsinlər.

Bundan əlavə, “Parametrlər/Settings” bölməsindən “Şikayət et/Report contact” düyməsini seçməklə kontaktı şikayət və blok etmək mümkündür.

“Spam” mesajlar “WhatsApp” qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

Həmçinin bu cür kiberinsidentlərlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyac yarandıqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            951 01.10.20 21:53