Mojo.az Banner
17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov litvalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi

29.09.2020 22:28 1 404
Ceyhun Bayramov litvalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus ilə telefon danışığı baş tutub.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Linas Linkəviçyus bölgədə gərginlik ilə bağlı narahatlığını ifadə edərək, atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıraraq, bunun növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb.

Bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruri olduğu qeyd edilib.
скачать dle 11.3
Mojo.az Banner