Mojo.az Banner
12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilər “fake” profillərdən döyüşlərlə bağlı saxta məlumatlar yayır

29.09.2020 16:46 1 611
Ermənilər “fake” profillərdən döyüşlərlə bağlı saxta məlumatlar yayır
Sentyabrın 27-də, səhər saatlarında Ermənistan ordusunun cəbhəboyu ərazilərdə törətdiyi təxribat və bundan sonra ordumuzun əks-hücum əməliyyatlarından sonra sosial şəbəkələrin əsas gündəmi cəbhə xəbərləri olub.

Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə yayılan informasiyalar heç də həmişə həqiqəti əks etdirmir. Belə demək mümkündürsə, bəzən bu platformalar dezinformasiyaların yayılması, həqiqətin qəflət pərdəsi ilə örtülməsi üçün əsas vasitəyə çevrilir.

Mübarizənin təkcə cəbhədə yox, informasiya məkanında da getdiyi bir vaxtda dezinformasiyalar, “fake” profillərlə yayılan yalan xəbərlər ictimai fikri çaşdırmağa yönəlir.

Belə profillərdən biri də “Facebook” sosial şəbəkəsində “Zakir Huseinov” adı ilə açılıb. Profil ermənilər tərəfindən idarə olunur. Bu profildən cəbhədə vəziyyətin bizim əleyhimizə olduğu, vəziyyətin həddindən artıq acınacaqlı olması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Ümumiyyətlə, bu, ermənilərin azərbaycanlı adı ilə açdıqları ilk “fake” profil deyil, sosial şəbəkələrdə çox sayda belə hesablara rast gəlmək mümkündür.

Median.Az izləyicilərimizi belə saxta məlumatlara inanmamağa, onları tirajlamaqda vasitə olmamağa, doğru, dəqiq informasiyaları rəsmi mənbələrdən əldə etməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner