Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü - YENİLƏNİB

22.09.2020 14:11 1 726
Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü - YENİLƏNİB
Sentyabrın 11-də Yevlax şəhərində yaşayan əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1 000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

* * * * *

Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.


“Report”un xəbərinə görə, hadisə avqust ayında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla Abşeron rayonu, Xırdalan şəhərində aparılıb və orada döyülüb.

Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.

Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.скачать dle 11.3
Mojo.az Banner