Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda və regionlarda qanunsuz silah-sursat aşkar edilib

24.01.2019 18:57 4 419
Bakıda və regionlarda qanunsuz silah-sursat aşkar edilib
Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində “F-1” markalı qumbara aşkar ediblər.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şiriyevdən nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Mingəçevir ŞPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapıblar.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar ediblər.

Araşdırmalar aparılır.скачать dle 11.3
Mojo.az Banner