Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 Bazar gününə olan hava proqnozu | 18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub |
Mojo.az Avto
Mojo.az Avto

Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”

17.09.2020 23:31 1 857
Füzuli Məmmədov: “Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir”
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray” (1:3) oyunundan sonra ənənəvi mətbuat konfransı keçirilib.

Oxu.Az-ın Bakı Olimpiya Stadionunda olan müxbiri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“Qalatasaray” kimi komandalarla oyunlarda kobud səhvlər bağışlanmır. Bu gün məğlubiyyətimizin səbəbi buraxdığımız səhvlərdir.

Rəqib elə komandadır ki, top səviyyədə olan futbolçuları var. Belə komandalar xırda səhvləri bağışlamır. Ona görə də rəqibə maksimum az boşluq verməlisən.

Səlahət Ağayev zədəli idi. Ona görə heyətə əlavə etməmişdik. Stiven Jozef-Monrozun da zədəsi vardı. Prins İbara yeni gəlib. İlk qolunu vurdu. Tədricən o artıracaq.

Etiraf edim ki, “Şkupi” və “Sumqayıt”la oyunlarda bundan daha çox səhv buraxmışdıq. Amma “Qalatasaray” bu komandalardan fərqlidir. Az səhv etsən belə, qapında top görəcəksən. Bu matçda inamlı görünməyimizin səbəbi rəqibin adına görə motivasiyanın yüksək olması idi”.

Son xəbərlər