Mojo.az Banner
21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Neftçi" və "Qalatasaray" komandalarının start heyətləri açıqlanıb

17.09.2020 19:40 1 608
Sentyabrın 17-də paytaxtın “Neftçi” futbol klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində İstanbulun “Qalatasaray” komandası ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Artıq komandaların start heyətləri açıqlanıb.

"Neftçi"nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.

İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxacaqlar.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kevin Klensi olacaq. Ona həmyerliləri Devid Makqişi və Qrem Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.

Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçiriləcək.

Bu qarşılaşmanın qalibi növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) görüşündə üstün olan tərəflə üz-üzə gələcək. “Neftçi” I təsnifat mərhələsində Makedoniyanın “Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.

Xatırladaq ki, “Neftçi” ilk dəfə avrokubokda Türkiyə klubu ilə qarşılaşacaq. Bu sözləri İstanbul təmsilçisinə də aid etmək olar. Ümumiyyətlə, qardaş ölkələrimizin komandaları avrokuboklarda indiyədək dörd dəfə üz-üzə gəliblər. Belə ki, UEFA kuboku yarışlarının 1994-1995-ci il mövsümündə Tovuzun “Turan” klubu İstanbulun “Fənərbağça” komandası ilə qarşılaşıb. “Fənərbağça” hər iki oyunda qələbə qazanıb - 5:0 və 2:0. Digər qarşılaşma da UEFA kuboku yarışlarına təsadüf edib. Turnirin 2000-2001-ci il mövsümündə “Antalyaspor” komandası Gəncənin “Kəpəz” klubunu 5:0 və 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Beləliklə, indiyədək keçirilmiş dörd oyunda Türkiyə klubları 14 qol vurub, qapılarını isə toxunulmaz saxlamağı bacarıblar.

“Neftçi” indiyədək “Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.скачать dle 11.3
Mojo.az Banner