Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Çempionlar Liqası: PSV “Qalatasaray”ı darmadağın etdi

22.07.2021 11:56 2 307
Çempionlar Liqası: PSV “Qalatasaray”ı darmadağın etdi
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən ilk oyunda Niderlandın PSV klubu Türkiyənin “Qalatasaray” kollektivini 5:1 hesabı ilə darmadağın edib.

Eydhovendə (Niderland) keçirilən matçda ev sahiblərindən Eran Zahavi (1, 36, 85) və Mario Hötse (53, 89) fərqləniblər. “Qalatasaray”ın təsəlli qolunu isə Emre Kılınc (43) vurub.

Son xəbərlər