Mojo.az Banner
12:10 "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO  |     11:46 Qonşunun razılığı olmadan dəhlizə kamera qoymaq qanunidirmi? - ALİ MƏHKƏMƏDƏN SON QƏRAR  |     11:30 Azərbaycan nefti 7 dollara yaxın BAHALAŞDI  |     11:24 Azərbaycan UEFA əmsallar cədvəlində İLK PİLLƏYƏ YÜKSƏLDİ - FOTO  |     11:06 Qubada keçmiş məhkum həyətində öldü  |     23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |     22:00 Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...  |     21:53 İrandakı nüvə obyektlərini izləyirik - Tramp  |     21:46 Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB  |     21:31 Rusiya dizel yanacağının ixracına qadağa qoydu  |     21:20 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO  |     21:11 "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir? - Baş məşqçidən açıqlama  |     21:04 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi  |     20:56 “Aeroflot” təyyarəsi müəmmalı şəkildə yoxa çıxdı  |     20:50 Akademik Əjdər Məcidov vəfat etdi  |    
Left Banner
Right Banner

Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? — AÇIQLAMA

17.09.2020 21:46 1 863
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? — AÇIQLAMA
Nazirlər Kabineti yanında operativ qərargahın təsdiq etdiyi qərara əsasən, sentybarın 15-dən etibarən təhsil müəssisələri fəaliyyətini bərpa edib. İbtidai siniflərə əyani, digər siniflərə isə dərslər onlayn keçirilir.

Median.Az bildirir ki, onlayn dərslərlə bağlı bir qrup valideyn oxu.az-a müraciət ünvanlayıb. Valideynlər deyir ki, övladlarının onlayn dərslərə qoşulması üçün yetərli sayda texniki vasitə yoxdur:

“Ailədə beş nəfərik, yoldaşımın və mənim mobil telefonum var. Kompüter almağa imkanımız yoxdur. İkimiz də işləyirik və gün boyu telefonlar bizdə olur. Övladlarımız yuxarı siniflərdə oxuduqları üçün dərsə əyani surətdə getmirlər. Mobil telefon olmadığı üçün uşaqlar onlayn dərslərə qoşula bilmir”.

Valideyn bildirir ki, dərslər üst-üstə düşür və üç uşağın eyni anda onlayn dərslərə qoşulması da mümkün olmur.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, virtual dərslərdə iştirak etmək imkanı olmayanlar üçün teledərslər təklif edilir.

Bu dərsləri ölkənin ən yaxşı müəllimləri tədris edir. Teledərslər gündə iki dəfə (biri təkrar olmaqla) ölkənin iki telekanalında yayımlanır, e-resurslar portalına yerləşdirilir. Bundan əlavə, kifayət qədər dərslik, dərs vəsaiti, öyrədici videoresurslar var ki, bunlardan da faydalanmaq mümkündür.

Qeyd edək ki, şagird onda yaranan sualları dersvaxti@edu.gov.az elektron ünvanına, məktəbdəki müəlliminə, şagird yoldaşına ünvanlaya bilər.скачать dle 11.3
Mojo.az Banner