Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

TƏBİB rəsmisi Tofiq Yaqublunun vəziyyətini kafi-ağır kimi qiymətləndirib - YENİLƏNİB

17.09.2020 21:12 1 899
TƏBİB rəsmisi Tofiq Yaqublunun vəziyyətini kafi-ağır kimi qiymətləndirib - YENİLƏNİB
"Lazım olan bütün zəruri tibbi tədbirlər görülür. Müvafiq olaraq qida qəbul eləməsə də orqanizmə lazım olan məhlullar köçürülür".

Bu sözləri Oxu.Az-a açıqlamasında aədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev. O bildirib ki, tibbi müdaxilənin hesabına T.Yaqublunun bu günkü vəziyyəti stabil olaraq saxlanılır:

“Onun vəziyyəti ilə bağlı şərait yaradılıb. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir. Bunu həm biz, həm də həkim heyəti ona tövsiyə edib. Orqanizmi daha da pis vəziyyətə gətirməmiş aclığı dayandırsa daha yaxşı olar”

* * * * *

“Tofiq Yaqubluya tibbi baxış keçirildi. Onun ümumi vəziyyəti kafi-ağır olaraq qiymətləndirildi”.

Bu barədə Oxu.Az-a açıqlmasında TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib.

O bildirib ki, T.Yaqublunun təcili surətdə aclıq prosesini dayandırması təklif edilib:

“Aclıq aksiyası davam edərsə, metobolizmada gedən dəyişikliklər arta, onun vəziyyəti də ağırlaşa bilər. Hazırda vəziyyəti qiymətləndirilib və həyati təhlükəsi yoxdur. Amma ümumi fonda vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir”.

O, qeyd edib ki, T.Yaqublu yemək yeməsə də, su qəbul edir.

Son xəbərlər