Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:02 Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı | 20:59 Dekabrın sonu bu bürclərə düşərli olacaq | 20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi |
Mojo.az Avto
Mojo.az Avto

Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA

16.09.2020 17:35 1 531
Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklər övladlığa götürülməsi çətin hesab edilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş iki kateqoriya üzrə uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, bunlar 3-18 yaş arasında və 0-18 yaş arasında olan sağlamlıq imkanları məhdud uşaqlardır. Həm 3-18 yaş arasında olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı, həm də, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı müavinətlərin təyin olunması nəzərdə tutulub.

Müavinətlərin 2021-ci ilin yanvarın 1-dən sonra övladlığa götürülən uşaqlara şamil edilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, müavinətin təyin olunması üçün əsas şərt övladlığa götürmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim edilməsidir.

Son xəbərlər