Mojo.az Banner
19:04 Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə  |     18:58 Onlar 2033-cü ilə qədər bu rüsumlardan azaddır  |     18:53 Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı  |     18:45 Bu yumurtalarda təhlükəli bakteriya aşkarlandı  |     18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |     18:34 Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin  |     18:32 Almaniyada məktəbə hücum: Ölənlər var  |     18:13 Bərdədə avtomobil yaşayış evinə çırpıldı: Xəsarət alanlar var  |     18:03 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur - FOTO  |     17:55 44 yaşlı Dima Bilan baba oldu  |     17:46 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO  |     17:42 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar  |     17:36 Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr  |     17:17 Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü  |     17:16 İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi  |     17:05 Sabah Ay tutulacaq  |     16:55 Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"  |     16:39 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜLƏRİ (Video)  |     16:28 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi  |     16:26 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU  |    
Left Banner
Right Banner

Hotellər və Restoranlar Assosiasiyasından təklif: Kassa çeklərində Qarabağ həqiqətləri əks olunsun - FOTO

15.09.2020 21:10 3 007
Hotellər və Restoranlar Assosiasiyasından təklif: Kassa çeklərində Qarabağ həqiqətləri əks olunsun - FOTO
Hotellər və Restoranlar Assosiasiyası (DAİR) bir qrup təşəbbüskarın (Adnan Hüseyn, Fəxrəndə Həsənzadə və s.) irəli sürdükləri ideyanı dəstəkləyərək, ölkədə fəaliyyət göstərən hotel, restoran, kafe, ticarət və sair iqtisadi seqmentlərə aid olan müəssisələrin idarəetmə proqramlarını təmin edən şirkətlər və eyni zamanda, ölkədə e-kassa sisteminin tətbiq edilməsi ilə əlaqədar olaraq, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinə müraciət edərək, sosial təşəbbüsün dəstəklənməsinə çağırıb.

Assosiasiyadan Oxu.Az-a verilən məlumatda deyilir:

“İdeya ondan ibarətdir ki, qeyd edilmiş müəsissələrdə istehlakçılara təqdim edilən servis və kassa çeklərində #KarabakhisAzerbaijan #StopArmenianAggression (bunlar dəqiqləşdiriləcək və yeni təkliflər olduqda onlar da nəzərdən keçiriləcək) şüarlarının (cümlələrin) yazılmasıdır.

İdeyanın realizə edilməsi nəticəsində əhalinin və eyni zamanda (yaxın gələcəkdə - pandemiyadan sonrakı dövrdə) xarici qonaqların Qarabağ həqiqətləri haqqında məlumatlandırılmasını artırmaqdır.

Hesab edirik, Azərbaycanın hər bir vətəndaşı Qarabağla əlaqəli və torpağlarımızın işğaldan azad edilməsi istiqamətində hər hansı bir fəaliyyətdə fəal olmalı və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək olaraq (#BizBirlikdəGüclüyük) Sizlərdən də bu təşəbbüsün dəstəklənməsini xahiş edib, bu istiqamətdə fəallıq nümayiş etməyinizə çağırırıq.

Hotellər və Restoranlar Assosiasiyası əlaqəli şirkətlərə müraciət edərək ideyanın realizə edilməsi üçün tələb edilən texniki imkanları artıq müzakirə edib və bu istiqamətdə yaxın günlərdə əməli proseslərin başlamasını planlaşdırıb”.

Nümunə olaraq aşağıdakı fotonu təqdim edirik:

скачать dle 11.3
Mojo.az Banner