Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

15.09.2020 19:43 2 097
Ombudsman Səbinə Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenbergeri qəbul edib.

Ombudsman Aparatından verilən xəbərə görə, S. Əliyeva bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Ombudsman təsisatında insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin qaynar xətlər, sosial şəbəkələr və elektron formada qəbulu davam etdirilib. Pandemiya dövründə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə mütəmadi olaraq monitorinqlər keçirildiyi, saxlanılan şəxslərin hüquqlarının təmininin Müvəkkilin diqqət mərkəzində olduğu vurğulanıb.

Görüş zamanı Müvəkkil hər bir şəxsin müraciətinə heç bir ayrı-seçkiliyə yol verilmədən, həssaslıqla yanaşıldığını bildirib. Qonağın əfv məsələləri ilə bağlı sualına cavabında Ombudsman cari ilin aprel ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkumun cəzasının çəkilməmiş hissəsindən azad edildiyini, o cümlədən 10 məhkumun Ombudsmanın müraciəti nəzərə alınmaqla azadlığa buraxıldığını qeyd edib.

Ombudsman Ermənistan tərəfindən girovluqda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının kobudcasına pozulması, onlara qarşı işgəncə və ləyaqəti alçaldan rəftar barədə aidiyyəti beynəlxalq qurumlara dəfələrlə xüsusi müraciətlər ünvanlanmasına baxmayaraq problemin həll edilməməsi məsələsinə toxunub. O, beynəlxalq ictimaiyyətin bu məsələyə qısa zamanda lazımi hüquqi qiymət verəcəyinə, ABŞ-ın da əsir və girov düşmüş soydaşlarımızın qaytarılmasında müvafiq dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Müvəkkil Ermənistanın pandemiya dövründə də atəşkəs rejimini mütəmadi olaraq pozmaqla Azərbaycana qarşı təxribat xarakterli hücumlar törədərək regionda sülhün bərqərar olmasına ciddi maneə yaratdığını qeyd edib. O, bu il iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi qəfil hücum barədə danışıb. Ombudsman həmin müddətdə hərbi təxribatların baş verdiyi ərazilərdə faktaraşdırıcı missiya həyata keçirdiyini, toplanmış materiallar əsasında aralıq hesabatın hazırlanaraq aidiyyatı beynəlxalq qurumlara ünvanlandığını diqqətə çatdırıb. Səbinə Əliyeva bu təxribatçı hücumlar zamanı Ermənistan tərəfinin mülki şəxsləri və obyektləri hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarını ciddi şəkildə pozduğunu qeyd edib. Müvəkkil ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanın təxribatlarına adekvat reaksiya verməsinə ümid etdiyini bildirib.

ABŞ səfiri Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında iqtisadi, sosial, enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Ombudsmanın insan hüquqlarının səmərəli müdafiəsi sahəsində çox önəmli bir vəzifə olduğunu vurğulayıb. Həmçinin insan hüquqları sahəsində bilik və təcrübələrin artırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Son xəbərlər