Mojo.az Banner
13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Dönərxanalarda araşdırmalar aparıldı - RƏSMİ

15.09.2020 17:03 2 733
Dönərxanalarda araşdırmalar aparıldı - RƏSMİ
Dönər biznesi ilə məşğul olan subyektlərdə araşdırmalar aparılıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl bildirib.

Onun sözlərinə görə, bu bizneslə məşğul olan sahibkarlıq subyektlərinin dövlət dəstəyinə ehtiyacı olduğu müəyyənləşib:

“AQTA-nın təşəbbüsü ilə yaradılmış və digər dövlət qurumlarının dəstəyilə ərsəyə gələn layihənin məqsədi dönər biznesində sahibkarlara dəstək verilməsidir. Layihə çərçivəsində seçilmiş dönər biznesi subyektlərinin imkanları genişləndiriləcək. Bura avadanlıqlar, eyni zamanda obyektin texniki baxımdan saz vəziyyətə gətirilməsi üçün yenidənqurma işləri də daxildir”.

O qeyd edib ki, agentlik tərəfindən avadanlıqla təminat, təcrübə mübadiləsinin aparılması planlaşdırılır:

“Bu sahədə ixtisaslaşmış bir subyektdə dönərin hazırlanması əyani olaraq bölüşüləcək. Onlara təlimlər tanınmış kulinar tərəfindən keçiriləcək. Layihənin sonunda sahibkarlıq subyekti bazarda özünə tam yer tutması üçün bütün texniki dəstəklə təmin olunacaq. Bu layihədə bizə dəstək olacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarları aktivlərlə təmin edəcək, KOBİA isə sahibkarlara müvafiq sahədə təlim və seminarlar keçirəcək”.скачать dle 11.3
Mojo.az Banner