"BakuBus" MMC-yə məxsus sərnişin avtobusu qəzaya uğrayıb - Foto » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Avropada “Tesla”nın satışları xeyli azaldı  |     22:53 Şəmkirdə evdən meyit tapıldı  |     22:46 Taksilərin hava limanına girişi qadağan olunacaq?  |     22:41 Azərbaycanda hər ailənin neçə avtomobili var? - Rayonlar üzrə tam siyahı  |     22:32 Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı  |     22:27 Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı  |     22:20 Veteranlara verilən müavinət artırılacaq? - Sabiq deputatdan açıqlama  |     22:14 Planetin ən təhlükəli dağları açıqlandı  |     22:03 Azərbaycan bu ölkədə səfirlik açır  |     21:58 Dünyanın ən çox oğurlanan kitabı - Ginness Rekordlar Kitabı  |     21:49 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər  |     21:42 Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır  |     21:34 Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ  |     21:27 Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb  |     21:24 Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi - Video  |     21:16 Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA  |     21:04 Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır  |     20:58 "Çelsi" öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib  |     20:51 Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb  |     20:45 UEFA Çempionlar Liqası: "Benfika" - "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib  |    

"BakuBus" MMC-yə məxsus sərnişin avtobusu qəzaya uğrayıb - Foto

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Sürücü Nadir Əmirovun 7A saylı xətt marşrutu üzrə idarə etdiyi "Iveco" markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun əks tərəfindən gələn "Niva" markalı avtomobil avtobusa çırpılıb. Qəza nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Avtobusda olan sərnişinlər digər ictimai nəqliyyat vasitəsinə köçürülüb.


Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) də avtoqəza ilə bağlı açıqlama yayıb. BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, 7A marşrut xətti üzrə hərəkətdə olan 99-JH-268 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu metronun "Q.Qarayev" stansiyası yaxınlığında qəzaya uğrayıb. Qəza əks yolda hərəkət edən "Niva" markalı minik avtomobilinin idarəetmədən çıxaraq avtobusa çırpılması nəticəsində baş verib:

"İlkin məlumata görə minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb. Hazırda qəza ilə bağlı araşdırmalar aparılır, avtobusun müşahidə kameralarının görüntüləri təhlil ediləcək. Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur.

Qeyd edim ki, bu cür qəza halları avtobusların nasaz hala düşərək müəyyən müddətə xətdən kənarda qalmasına səbəb olur. Bu isə avtobuslara tələbatın yüksək olduğu indiki vaxtda heç də arzuolunan hal deyil. Bunu nəzərə alaraq sürücülərdən daha ehtiyatlı olmalarını və yol hərəkəti qaydalarına düzgün riayət etmələrini xahiş edirik".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 379 11.09.20 23:56