Mojo.az Banner
23:03 Yaşı 65 olanların NƏZƏRİNƏ  |     22:58 Məşhur müğənni ikinci dəfə xərçəngə qalib gəldiyini açıqladı  |     22:51 Əfqanıstanda qızların evlilik yaşı azaldıldı  |     22:43 İran Hörmüz boğazı üçün yeni qayda hazırlayır  |     22:37 Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib  |     22:31 AZAL, yoxsa ADY: Tbilisiyə hansı ilə səfər sərfəlidir?  |     22:26 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ  |     22:21 Naxçıvanda işığın verilməsində fasilə olacaq  |     22:13 Məzunlara attestatlar elektron qaydada veriləcək - Hansı yeniliklər var?  |     22:07 Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur  |     22:00 Smartfonlar yaddaşımızı necə məhv edir?  |     21:53 Avtomatik sürətlər qutusundakı gizli mexanizm necə işləyir? – ARAŞDIRMA  |     21:47 Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir  |     21:40 Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa borc tələsi?  |     21:35 Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq  |     21:28 Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı  |     21:20 Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?  |     21:14 "Qəbələ" "Şamaxı"ya qalib gəldi  |     21:07 Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu  |     21:02 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb  |    
Left Banner
Right Banner

Azərbaycanda yeddi idmançının medalı əlindən alındı

10.09.2020 18:04 2 967
Azərbaycanda yeddi idmançının medalı əlindən alındı
Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələr ləğv ediləcək və müvafiq olaraq medalları geri alınacaq.

Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) Oxu.Az-a verilən məlumata görə, bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir.

Ötən il beş idman növü üzrə beş yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) yeddi idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançıların siyahısı:

• Həsənbəy Həsənzadə (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – I yer

• Vasif Səfərov (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer

• Orxan Zeynalov (-81 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer

• Vüqar Şirinov (-52 kq). 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku – I yer

• Aliyə Müslümova (-78 kq). 2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi – II yer

• Jalə Bayramova. 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı – I yer

• Kamran Orucov (-63 kq). 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer.скачать dle 11.3
Mojo.az Banner