Cəlilabadda sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər  |     22:56 Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər  |     22:50 Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi  |     22:44 Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI  |     22:38 Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər  |     22:33 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri  |     22:26 Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi  |     22:19 İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)  |     22:14 Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?  |     22:06 İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?  |     22:00 Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır  |     21:55 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?  |     21:48 Vahid pasport sistemi yaradıldı  |     21:40 Maliyyə Nazirliyində yeni təyinat  |     21:35 Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? - FOTO  |     21:26 Bu məhsullar bahalaşacaq - SİYAHI  |     21:20 Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu  |     21:13 Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər  |     21:05 "Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır  |     20:57 Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR  |    

Cəlilabadda sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - AÇIQLAMA

Cəlilabad rayon sakini Saməddin Məmmədovun uzaq qohumu olan M.Cəfərovun rayonun vəzifəli şəxslərindən birinin xidməti avtomobilinin yanından sürətlə ötüb keçdiyi üçün saxlanıldığı barədə iddialar qərəzlidir və heç bir əsası yoxdur.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, videogörüntüdə haqqında bəhs edilən Bakı şəhəri Qaradağ rayon sakini M.Cəfərov avqustun 31-də idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Cəlilabad rayonu ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Həmin şəxs özü ona istinad olunan inzibati xətanı törətdiyini və ziqzaqvari hərəkətlər etməklə avtoxuliqanlıq etdiyini boynuna alıb, əməlindən peşman olduğunu bildirib.

Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə M.Cəfərov nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 308 08.09.20 17:26