Mojo.az Banner
16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölmək üçün nə qədər pul lazımdır? - VİDEOREPORTAJ

08.09.2020 12:52 978
Ölmək üçün nə qədər pul lazımdır? - VİDEOREPORTAJ
Zaman-zaman insanlar qəbir yerlərinin və daşlarının qiymətlərindən narazılıqlarını ifadə ediblər.

Baku TV əməkdaşları məsələni yerində araşdırmaq qərarına gəliblər.

Yerləşdiyi ərazidən asılı olaraq qəbiristanlıqdakı yerlərin qiyməti 300-7000 manat arası dəyişir. Bu qiymətlər stabil olaraq qalmır, ildən-ilə şərtlərə uyğun dəyişir.

Son mənzil dediyimiz qəbiristanlıqlardakı vəziyyət sözün əsl mənasında vəziyyətin sonudur.

Budəfəki xüsusi reportajda qəbiristanlıqdakı ümumi mənzərə, özbaşınalıq, mollaların birbiriləri ilə yola getməməsi ön plana çəkilib. Baku TV əməkdaşları mollalara yaxınlaşıb sual vermək istəsə də, hər biri kameradan qaçmağı üstün tutub. Əməkdaşların rastlaşdığı xanım isə oradakı özbaşınalıqlardan söz açıb.

Onun dediyinə görə qəbiristanlıqda qəbirlərə sahiblik edən mollalar var və həmin molla adlanan şəxsdən başqa kimsə qəbirə yaxınlaşa, orada təmizlik işləri apara, eyni zamanda yasin oxuya bilməz. Elə bu səbəbdəndir ki, mollalar arasında tez-tez qarşıdurma baş verir. Xanım onu da qeyd edib ki, qəbiristanlıqda oğurluqların ardı-arası kəsilmir və daha çox ora gətirilən güllər oğurlanaraq satılır.

Suallardan qaçan məsul şəxslər isə yalnız “bizə əmr belə verilib, kiməsə məlumat verə bilmərik” deməsi ilə söhbətə nöqtə qoyub.

Ətraflı reportajı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner