Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

24.05.2025 19:03 618
Bakıda qəbir yerlərinin qiyməti niyə artır?
Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerlərinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb.

Bu bahalaşma nə ilə əlaqədardır?

Trend mövzu ilə Milli Məclisin deputatı Ceyhun Məmmədovla həmsöhbət olub.

Onun sözlərinə görə, qəbir yerlərinin tapılması və alınması getdikcə çətinləşir:

"Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir”.

Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:

"Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik”.

İlahiyyatçı Tural İrfan Trend-ə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur:

"Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.

Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin”.

İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:

"Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır”.

Son xəbərlər