Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı |
Mojo.az Avto
Mojo.az Avto

Millimizin qapıçısı şikayətləndi: “Altı aydır idmandan uzaq düşmüşük”

03.09.2020 17:32 1 895
Millimizin qapıçısı şikayətləndi: “Altı aydır idmandan uzaq düşmüşük”
Məlum olduğu kimi, futzal üzrə AÇ-2022-nin qrup mərhələsində millimizin qarşılaşacağı rəqibləri müəyyənləşib. Türkiyə – Yunanıstan cütünün qalibi, Slovakiya, Moldova ilə birinci yer uğrunda yarışacaq komandamız mübarizəyə noyabrda başlayacaq.

Püşklə bağlı millinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlamasında fikirlərini bölüşüb:

“Rəqiblərimizdən biri tam müəyyənləşməyib. Söhbət Türkiyə – Yunanıstan duelindən gedir. Bu cütün qalibi bizim qrupda yer alacaq. Məncə, hazırda Yunanıstan millisi inkişafdadır. Məşqçilər korpusunda braziliyalı mütəxəssis də var. Onların şansı daha çox görünür.

Slovakiya və Moldova haqda isə çox danışmağa ehtiyac yoxdur. Son rəsmi oyunlarda hər iki komanda ilə qarşılaşdıq. Bakıdakı seçmə oyunlarda həm Moldovanı, həm də Slovakiyanı məğlub etdik. Ancaq Slovakiya ilə üç ay sonra Xorvatiyada yenidən rəqib olduq və bu dəfə duel heç-heçə başa çatdı. Halbuki matçın gedişində məğlub duruma düşmüşdük və son saniyələrdə status-kvonu bərpa etdik. Həmin qarşılaşmada onlar bizdən heç də güclü deyildilər. Sadəcə, qrupdakı vəziyyəti oyuna köklənməyimizə mənfi təsir göstərdi.

Digər qruplara da diqqət yetirsək, biz daha münasib rəqiblərlə qarşılaşacağıq. Reytinq baxımından da biz qrupun favoriti hesab edilirik. Ancaq koronavirus pandemiyası ilə əlaqədar altı aydır futzaldan uzaq düşmüşük. Bildiyiniz kimi, idman zallarının fəaliyyəti dayandırılıb. Lakin legioner həyatı yaşayan komandamızın üzvləri oyunlar keçirirlər ki, bu da müsbət məqamdır. İstənilən halda, millinin bir məqsədi var: qrup qalibi olmaq və növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq”.

Son xəbərlər