Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yaşlı ər-arvadı vəhşicəsinə döyüb 17 manatlarını oğurladılar - VİDEO

02.09.2020 11:46 1 095
Azərbaycanda yaşlı ər-arvadı vəhşicəsinə döyüb 17 manatlarını oğurladılar - VİDEO
Şamaxıda yaşlı ər-arvadı vəhşicəsinə döyərək oğurluq edən şəxslər saxlanıb. Məlum olub ki, onlar evdə 22 min ABŞ dolları olduğunu zənn ediblər. Amma real vəziyyət onların düşündükləri kimi olmayıb.

Bir-neçə gün əvvəl baş verən hadisənin təfərrüatı məlum olub. 3 nəfər yeyib-içdikdən sonra Şamaxı şəhər Hüseyn Ciddi küçəsi, ev 11 ünvanında yaşayan yataq xəstəsi 80 yaşlı Polad Niyazov və onun 72 yaşlı həyat yoldaşı Zərifə Niyazovanın evinə gedərək onları vəhşicəsinə döyüb və pul tələb ediblər.

Aparılmış istintaqla müəyyən edilib ki, hadisəni törədənlər Şamaxı şəhər sakinləri - 21 yaşlı Elxan Heybətov, 28 yaşlı Pərvin Həmidov və 35 yaşlı Valeh Pənahovdur. Rayon polis şöbəsinin müstəntiqi Mirxalid Kazımov bildirib ki, onlar evə 22 min ABŞ dolları götürmək üçün giriblər. Həmin məbləğdə pulu tapa bilmədiklərinə görə yaşlı ər-arvadı döyərək onlarda olan 17 manatı və 2 ədəd telefonu götürərək qaçıblar.

Saxlanan şəxslərdən Pərvin Həmidov döyülən yaşlıların qohumudur. Evə girmək ideyasını o irəli sürüb. Belə ki, Pərvin Həmidov evdə 22 min manat pulun olduğunu bildirib və oğurluğa qərar verilib. Həmin şəxslər yeyib-içdikdən sonra çirkin niyyətlərini reallaşdırmaq üçün evə girərək yaşlı ər-arvadı döyüblər.

Hazırda faktla bağlı cinayət işi açılıb. Hadisəni törədənlər barəsində Şamaxı rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3

Son xəbərlər