Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər

31.01.2025 15:40 1 689
Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
İki dost pabda yeyib-içdikdən sonra parkda oturan ər-arvadı döyüblər. Heç bir səbəb olmadan onlara yaxınlaşaraq, gecə vaxtı parkda oturmaqlarına irad bildiriblər. Əvvəlcə özlərini polis kimi təqdim ediblər.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilənlər 36 yaşlı Orxan və 30 yaşlı Rafiqdir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər heç bir səbəb olmadan parkda əyləşən ər-arvad olan Günay və Röyala yaxınlaşaraq, gecə saatlarında orada olmalarına irad bildiriblər. Mübahisə zamanı qadını və ərini yumruq və təpiklə vuraraq, bədən xəsarətləri yetiriblər. Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və həbs ediliblər.

Onlar "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı "Bermud Pub"da yeyib-içdikdən sonra səki ilə gedən zaman ər-arvadı görüblər.

Təqsirləndirilən Orxan ifadəsində deyib ki, həmin zaman Röyalın Günayı döydüyünü görüblər. Buna görə də müdaxilə ediblər.

"Dedim ki, küçədə bu hərəkəti etmək doğru deyil. Oğlan dedi ki, öz arvadıdır, özü bilər. Mən də dedim ki, arvadındırsa, evdə döy. Amma arvadı dedi ki, onu evdə də döydüyü üçün qaçıb. Onların ər-arvad olduqlarına inanmadıq. Röyal üstümüzə gəlib mübahisə etməyə başladı, əl-qol atdı. Sonra qadın qışqırmağa başladı. Mən qadını vurub qışqırmamasını istədim. Röyal Rafiqin üstünə hücum etdi. Rafiq də onu vurdu. Səs-küyə qonşular çıxdı. Biz oradan qaçdıq. Sonra bildik ki, polisə şikayət ediblər", - deyə Orxan ifadəsində bildirib.

Məhkəmədə dindirilən zaman Rafiq də Orxan kimi eyniməzmunlu ifadə verib.

Hər iki şəxs bildirib ki, əməllərindən peşmandırlar və zərərçəkmiş ər-arvadla barışıblar. Məhkəmədən onlara yüngül cəza verilməsini xahiş ediblər.

Zərərçəkmişlərin ifadələrindən isə hadisənin başqa təfərrüatları ortaya çıxıb.

Röyal deyib ki, həyat yoldaşı ilə parkda oturan zaman iki nəfər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər:

"Bizdən nikah şəhadətnaməsi istədilər. Günay gətirmək üçün evə getmək istədi. Amma Orxan buna imkan vermədi. Günayın sifətindən vurdu. Mən Günaya yaxınlaşmaq istəyəndə Rafiq də məni vurdu. Səs-küyə camaat gəldi. Bir qadın qışqıraraq hadisəni telefonla çəkdiyini dedi. Bunu eşidəndə onlar qaçdılar",- deyə zərərçəkmiş ifadəsində qeyd edib.

Məhkəmədə zərərçəkmiş ər-arvad təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər.

Məhkəmə hər iki şəxsin ilk dəfə cinayət əməli törətmələrini, zərərçəkmiş şəxslərlə barışdıqlarını nəzərə alaraq onlara yüngül cəza verib. Həbsdə olan hər iki şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Son xəbərlər