Mojo.az Banner
SON DƏQİQƏ
20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şamaxıda yaşlı ər və arvadı döyüb qarət edənlər həbs olundu - VİDEO

01.09.2020 20:38 1 407
Şamaxıda yaşlı ər və arvadı döyüb qarət edənlər həbs olundu - VİDEO
Şamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslər həbs olunub.

Report xəbər verir ki, Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Məcid oğlunu döyərək əmlakını talan edib.

Keçirilmiş istintaq tədbirləri zamanı məlum olub ki, Şamaxı şəhər sakinləri 21 yaşlı Heybətov Elxan Ənvər oğlu, 28 yaşlı Həmidov Pərvin Babək oğlu və 35 yaşlı Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər.

Onlar həmin gecə Z.Niyazovanın yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla, evdə olan çəliklə (əsa) və bıçaqla Z.Niyazovanı və P.Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan “Nokia 112” və “Samsung Galaxy J2” markalı mobil telefonları, 17 AZN nağd pulu götürərək qaçıblar.

Hazırda onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam edir.скачать dle 11.3

Son xəbərlər