Mojo.az Banner
14:50 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qobustan həbsxanasında məhkumlarda və əməkdaşlarda koronavirus aşkarlanıb

29.08.2020 20:30 2 908
Qobustan həbsxanasında məhkumlarda və əməkdaşlarda koronavirus aşkarlanıb
Aparılmış testlər nəticəsində 29 avqustda 188 nəfər yeni yoluxma halı qeydə alınmaqla ölkə üzrə koronovirusla yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.

Aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının iki əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Nəticədə beş nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb.

Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.

Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilmiş və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Növbəti yoluxma mənbəyi “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.скачать dle 11.3
Mojo.az Banner