Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərdəkan-Zuğulba yolundakı piyada körpüsü yaxın günlərdə istifadəyə veriləcək - FOTO

28.08.2020 17:03 1 653
Mərdəkan-Zuğulba yolundakı piyada körpüsü yaxın günlərdə istifadəyə veriləcək - FOTO
Mərdəkan-Zuğulba yolunda olan piyada keçidi yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri aparılır:

“Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mərdəkan-Zuğulba yolunda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçiriblər, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisinə başlayıblar.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, əlillərin, uşaq arabalarının tam rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb. Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan torşəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi quraşdırılıb. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar da inşa edilib”.

Son xəbərlər