Mojo.az Banner
11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağstafada torpaq sürüşməsi ciddi təhlükəyə çevrilib - VİDEO

28.08.2020 13:59 1 464
Ağstafada torpaq sürüşməsi ciddi təhlükəyə çevrilib - VİDEO
Ağstafa rayonunun Köçəskər kəndində real təhlükə yaşanır. Acı Dərə adlanan ərazidə torpaq sürüşməsi gedir. Nəticədə dərin çatlar və yarğanlar əmələ gəlib. Vəziyyət o həddə çatıb ki, artıq 15 ev uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Sakinlər bildirir ki, evlərinə rahat şəkildə gedib-gələ bilmirlər. Gün ərzində bu təhlükəli ərazidən uşaqlı-böyüklü bütün kənd sakinləri istifadə etmək məcburiyyətindədir. Hətta zaman-zaman dərin çuxura düşənlər də olub. Ərazidən qaz və elektrik xətlərinin keçməsi isə problemi daha da ağırlaşdırır.

Təhlükənin böyüməsinin başlıca səbəblərindən biri torpaq qatının altından qrunt sularının keçməsidir. Məhz ərazidən axan qrunt suları torpaq sürüşməsinə gətirib çıxarıb.

Vətəndaşlardan fərqli olaraq, aidiyyəti qurumlar problemin qısa zamanda həll olunacağını bildirir. Ağstafa rayon İcra Hakimiyyətinin rəsmisi Şükran Hacıyevin sözlərinə görə, aidiyyəti qurumlara məlumatlar verilib, sürüşmənin qarşısını almaq üçün yaxın vaxtlarda işlər başlayacaq.


скачать dle 11.3
Mojo.az Banner