Siniflər şagird sayından asılı olaraq bölünəcək - Nazirdən AÇIQLAMA
Bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, 2335 məktəbdə şagird sayı azdır:
“Digər məktəblərdə isə şagirdlərin sayı daha azdır. Şagirdlərin sayı ilə bağlı sıxlıq yoxdur, lakin sinif məsələsi var. Siniflərdə şagird sayının çox olmasına görə onların iki və ya üç yerə bölünməsi planlaşdırılır. Ümumilikdə şagird sıxlığı çox deyil”.