Mojo.az Banner
14:06 Şəkidəki ağır qəzadan sonra sürücünün XİLASETMƏ GÖRÜNTÜLƏRİ - Video  |     14:01 Xırdalan sakini arvadından küsüb evdən getdi, küçədə atasını döydü  |     13:27 Həbib Nurməhəmmədov məşqçilik karyerasını nə vaxt bitirəcəyini açıqlayıb  |     13:19 "Tofaş"la avtoxuliqanlıq edib videosunu yayan sürücü həbs olundu  |     13:07 Rusiyada 14 yaşdan kiçik uşaqlara ictimai nəqliyyat pulsuz ola bilər  |     13:01 2025-ci ilin ən populyar körpə adları  |     13:00 Xəzər dənizində zəlzələ baş verib  |     12:58 Ağcaqanadlarla mübarizə üçün dron hazırlanıb  |     12:55 Dünyada ən çox kiberhücuma məruz qalan ölkələr  |     12:53 "Windows 11"dən faydalı funksiya silindi  |     12:51 Alimlər Altsheymer xəstələrinin yaxınlarını unutmalarının səbəbini tapıblar  |     12:43 Çində hava taksisi ilə gediş qiymətləri məlum oldu  |     12:25 Böyrək və ürək xəstəliklərinin erkən aşkarlanması üçün YENİ ÜSUL  |     11:58 Çöpçü saxtakarlığı ilə bağlı yayılan görüntülərə paytaxt sakinlərinin fikirləri - Video  |     11:58 Çin mübahisəli bölgədə hərbi təlimlər keçirəcək  |     11:49 Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq? - Video  |     11:47 İranda hava çirklənməsindən 1600-dən çox insan ölüb  |     11:46 Azərbaycanlı hakim-inspektor DÇ-2026-nın oyununa təyinat alıb  |     11:44 Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür  |     11:42 Bu gün maqnit fırtınası olacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda əməkdaşların maaşlarını mənimsəyən sabiq məmura cinayət işi açıldı - RƏSMİ

26.08.2020 20:13 1 299
Azərbaycanda əməkdaşların maaşlarını mənimsəyən sabiq məmura cinayət işi açıldı - RƏSMİ
Gədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılıb.

Gədəbəy Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Sahib Babayevin 2017-2019-cu illər ərzində direktor işlədiyi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün faktiki olaraq tədris edilməmiş məşğələ saatlarını ayrı-ayrı müəllimlərin adlarına tarifləşdirərək onların əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 12 min 445 manat məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Sahib Babayevin 17 iyul 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi avtomobillə Gədəbəy - Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əks tərəfdə hərəkətdə olan Nəriman Quliyevin idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmaqla toqquşması və nəticədə sürücü Nəriman Quliyevin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq istintaq olunub.

Toplanmış sübutlara əsasən Sahib Babayevə Cinayət Məcəlləsinin həmin maddələri ilə yekun ittiham elan edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə göndərilib.скачать dle 11.3