Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sizin də qadınlarınız, qızlarınız mənim kimi ulayacaq” – Gülər Əhmədovadan inanılmaz sözlər

26.08.2020 12:12 1 140
“Sizin də qadınlarınız, qızlarınız mənim kimi ulayacaq” – Gülər Əhmədovadan inanılmaz sözlər
“Abel Məhərrəmov, etiraf elə, kimin tapşırığı ilə mənim əyani aspiranturada oxuyan oğlumu qovub ömrü boyu unutmayacağı zərbə vurdun? Bir gəncin gələcəyini məhv etdin. Niyə? Neyləmişdi o gənc sənə?”.

Yenisabah.az xəbər verir ki, bunu keçmiş deputat Gülər Əhmədova bildirib. Keçmiş deputat daha sonra Abel Məhərrəmovun onu hakim Yeni Azərbaycan Partiyasından (YAP) xaric etməsindən danışıb:

“Niyə BDU-da uçotda olmaya-olmaya məni YAP-dan çıxardın? Halbuki, Yasamal YAP-ının sədri rəhmətlik Fikrət müəllim " O xanımın YAP-da əziyyəti çoxdur, mən onu çıxarda bilmərəm" demişdi. İsrarla neçə gün dalbadal "Gəlin ərizə yazın, partiyadan çıxın" mesajı göndərirdin. Mən nə dedim?

Dedim ki, mən əqidəmdəm istefa vermirəm. İstəyirsən çıxart. Həbsdən sonra Cənab Prezidentə müraciət etdim ki, mən adi müəllim işləmək istəyirəm. Kiçik övladım həbsxanaya yanıma gələndə qapıdakı itlərdən, üst-başının aranmasından, mənim həbsimdən ciddi psixoloji sarsıntı keçirib, onunla məşğul olacağam. Sizə məni işlə təmin etmək tapşırıldı”.

Gülər Əhmədovanın sözlərindən aydın olur ki, Abel Məhərrəmova onu işlə təmin etmək tapşırılıb. Keçmiş rektor tapşırığa əməl etsə də, 2 ay sonra Gülər Əhmədovanı işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə çalışıb:

“Bu tapşırıq veriləndə 2014-cü ilin may ayı idi. 2 aydan sonra məni 4 prorektorunuz ilə birlikdə kabinetinə çağırıb". İşdən çıxmaq haqqında könüllü ərizə yaz, yoxsa statya ilə çıxaracağam" dediniz. Nə həbs olunanda, nə də həbsdən azad olunanda ağlamayan mən ağladım, özümə görə deyil, Prezidentimə görə ağladım. Sizin riyakarcasına onu aldatdığınıza görə ağladım. Sizə "Prorektorları niyə bura yığmısınız? Kimə şahidlik edirlər? Bu ölkədə Prezidentdən də böyük kim var ki, onun qərarını pozursunuz” dedim.

Çox sərt idin, Abel Məhərrəmov, çox. "Yaz, artıq-əskik danışma" dedin. Yazdım. Ona görə yazdım ki, o şərçi-böhtançı it sürüsünü yenə üstümə sala bilərdiniz. Yenə həbs etdirərdiniz artıq sizin qəddarlığınızı, şər-böhtanlarınızı, bütün ailəmi işsiz-gücsüz qoyduğunuzu, bir ailəni necə məhv etdiyinizi görmüşdüm. Bilirdim ki, özünüzü fövqəlbəşər sayırsınız.

Allah bəlanızı versin.

Mənə, övladlarıma yaşatdığınız bütün əzablar bumeranq kimi sizə qayıdacaq. Sizin də, övladlarınızın da üzünə qapılar bağlanacaq. Sizin də qadınlarınız, qızlarınız sübh namazına kimi mənim kimi ulayacaq.

Siz də utandığınızdan nə həyat yoldaşınızın, nə də övladlarınızın üzünə baxa bilməyəcəksiniz, diliniz qısa olacaq. Deyə bilməyəcəksiniz ki, mən vəfasız, qəddar, mərhəmətsiz ,ədalətsiz ,qisasçı, naxələf adamlarla yoldaşlıq etmişəm.

Allah var, Abel Məhərrəmov! Var Allah!Əlhəmdürillah!”скачать dle 11.3
Mojo.az Banner