23:02 Bazar günü 23 dərəcə isti olacaq  |     22:46 Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb  |     22:31 Arazdəyən-Naxçıvan dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirilib  |     22:21 Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər  |     22:13 Hidayət Heydərov çempion oldu  |     21:52 Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazdı - FOTO  |     21:47 Ukraynada daha bir azərbaycanlı həlak oldu  |     21:35 Rusiyadan İrana yola düşən ilk yük qatarı limana çatdı  |     21:22 Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib  |     21:00 Xankəndidə Zəfər atəşfəşanlığı  |     20:59 "Formula-1": Braziliyada sprint yarışının qalibi bəlli oldu  |     20:40 Qalmaqallı direktorun yerinə yeni təyinat  |     20:33 Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?  |     20:26 Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək  |     20:24 Azərbaycanlı atıcıdan yeni dünya rekordu  |     19:45 Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)  |     19:42 Bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq  |     19:36 Romada Azərbaycan vətəndaşı itkin düşüb  |     19:12 Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb  |     19:03 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |    

Deputat ölkəyə gətirilən mallara tətbiq olunan limitin azaldılmasını tənqid etdi

Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən birdəfəyə limit səviyyəsinin 2-3 dəfə azaldılması müsbət haldır.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, şəxsi sifarişlə gələn məhsulların bir qismi satışa çıxarılır və nəticə etibarı ilə həmin məhsulların vergiyə cəlb edilməsi mümkün olmur.

V.Bayramov bildirib ki, mexanizm olaraq bir çox inkişaf etmiş ölkələrdəki kimi bu istiqamətdə sistemin təkmilləşdirilməsi təklif edilir:

“Xüsusən də gömrükdə qeydiyyatdan keçməyən malların daxili bazarda satışa çıxarılmasının qarşısının alınması əslində məqsədəuyğundur. Bunun üçün təbii ki, belə malların satışının qarşısının alınması, vergidən yayınma halları ilə bağlı cərimələrə yenidən baxılması və məbləğlərin dəyişdirilməsi, eləcə də digər inzibati qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Bu mexanizmin hazırlanması və tətbiq edilməsi bir qədər zaman alacaq. Bütün hallarda istehlak bazarı ilə idxal daxilolmalarının incələnməsi üçün elektron bazaların da təkmilləşdirilməsinə ehtiyac var”.

V.Bayramov bu istiqamətdə qəbul edilən qərarda limitin bir anda kəskin azaldılmasının isə tərəfdarı olmadığını vurğulayıb:

“Konkret olaraq, qərarda göstərilən kəskin azalmalar məqsədəuyğun deyil. Ölkəyə gömrük rüsumu tətbiq edilməyən malların dəyərində azalmanın nəzərdə tutulması mərhələli şəkildə aparılmalı idi. Poçt vasitəsilə rüsumsuz 1000 dollar (1700 manat) dəyərində mal gətirilməsi ilə bağlı limitin 300 dollara (510 manat) endirilməsi üç dəfəyə qədər azalma deməkdir.

Bir qərarla hər hansı bir limitin üç dəfədən çox azalması heç məqsədəuyğun deyil. 1500 dollarlıq (2550 manat) malların gətirilməsi ilə bağlı limitinin 800 dollara (1360 manat) endirilməsi də kifayət qədər çoxdur. Düşünürəm ki, limitlərə yenidən baxılmasına və mövcud şəraitə uyğunlaşdırılmasına ehtiyac var.

Biz bütün hallarda bu dəyişikliklərdə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanırıq. Lakin, inkişaf etmiş ölkələrin təcrübəsində gün ərzində hər hansı limitin üç dəfədən artıq azaldılması çox nadir hallarda tətbiq olunur. Odur ki, bu məsələyə yenidən baxılmalıdır. Həm də edilən dəyişikliklərin əsaslandırılması, qiymətləndirilməsi də yenidən həyata keçirilməlidir”.

Qeyd edək ki, yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.

Eyni zamanda eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 091 25.08.20 17:04