Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DGK: “Malların gətirilməsi ilə bağlı qərar bir neçə qurumun müzakirəsi nəticəsində qəbul edilib”

25.08.2020 16:54 1 199
DGK: “Malların gətirilməsi ilə bağlı qərar bir neçə qurumun müzakirəsi nəticəsində qəbul edilib”
Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən limitin azaldılması qərarı geniş müzakirələr, iqtisadi təhlil və aidiyyəti qurumların birgə araşdırması nəticəsində qəbul edilib.

Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Diqqət mərkəzi” verilişində Dövlət Gömrük Komtəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov məlumat verib.

“Bu məsələ İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi tərəfindən müzakirə olunub. Fikirlər də müxtəlif olub. Lakin ümumi razılığa gəlinib, işçi qrupu səviyyəsində aparılan təhlillər yekunda dövlət səviyyəsində baxılıb və qəbul edilib”, - deyə, o bildirib.

S.Muxtarov qeyd edib ki, bu qərara artıq bir neçə dəfə dəyişiklik edilib:

“Sonuncu dəyişiklik hələ qüvvəyə minməyib. Sentyabr ayında qüvvəyə minəcək. Bu qaydalara edilən dəyişikliyin məqsədi son dövrlərdə insanların təklif olunan güzəştlərdən sui-istifadə etməsinə dair məqamların aşkarlanması ilə əlaqəlidir.

Yeni qaydalara görə, vətəndaşın şəxsi istifadəsi üçün aldığı iki ədəd telefonun qiyməti 800 dolları (1360 manat) keçərsə, yerdə qalan məbləğə gömrük rüsumu tətbiq ediləcək. Poçt vasitəsilə göndərilən mallarda isə qiymətdən 300 dollar (510 manat) çıxmaq şərtilə yerdə qalan məbləğə gömrük rüsumu tətbiq ediləcək. Əgər eyni növ maldan, məsələn, bir telefondan şəxsi istifadə adı ilə üç ədəd gətirilirsə, bu zaman güzəşt limiti gözlənilmədən gömrük rüsumu tətbiq ediləcək”.

Pandemiya dövründə iri ticarət mərkəzlərinin bağlı olduğuna görə insanların onlayn ticarətə üstünlük verdiyini nəzərə alaraq bu qərarın qəbul edilməsi istehlakçıların hüququnun pozulması kimi qiymətləndirilə bilərmi sualına isə S.Muxtarov belə cavab verib:

“Pandemiya dövrü müvəqqəti çətinlikdir. Uzun müddət davam etməyəcək. Sərhədlər də açılacaq, hər şey də öz qaydasına düşəcək. Bu qərar nə istehlakçıların hüquqlarının pozulmasına, nə iri şirkətlərin biznes inkişafına, nə də qiymət artımına təsir etməyəcək. Ölkədə bu sahələrə nəzarət edən aidiyyəti qurumlar var. Əslində həmin qərarda sadələşmələr var. Onlara nə üçün az diqət ayrıldığını da anlamırıq”.скачать dle 11.3
Mojo.az Banner