Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - FOTO

21.08.2020 18:25 1 606
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - FOTO
Sığınacağa səkkiz aylıq uşaq və anası gətirilib, ana narkotik aludəçisidir.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, ana və uşaq Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon 27-ci Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə sığınacağa gətirilib:

“Rəsmi qaydada ana və uşaq sığınacağa qəbul olunub. Lakin ilkin baxışda ananın pis vərdişlərə malik olduğu (narkotik vasitə istifadəçisi) hiss edilib. Qəbul olunan zaman ana və uşaq karantin qaydaları çərçivəsində zəruri gigiyenik normalara uyğun olaraq dezinfeksiya tədbirlərinə cəlb olunublar. Daha sonra təmiz paltar və yeməklə təmin ediliblər”.

K.Ağazadə deyir ki, axşam saatlarına yaxın qadının hərəkətlərində qəribəliklər müşahidə edib:

“Qadın bir anda titrəməyə başladı, gərginlik keçirdi. Biz ondan bunun səbəbini soruşduqda özü etiraf etdi ki, narkotik vasitə istifadəçisidir. İllərdir biz müxtəlif cür insanlarla rastlaşmışıq deyə, artıq vəziyyətin hansı yerdə olduğunu başa düşdük. Ona ağrıkəsici dərman verdik, bundan sonra qadın bir qədər sakitləşdi. Lakin gecə saat 3-də sığınacaqdan çıxaraq binanın damı ilə çıxıb getdi. Getməzdən qabaq da uşağın yastığının altına məktub qoyub.

Məktubda üzrxahlıq edib və uşağının arxasınca geri qayıdacağını yazıb. Bizə ad və soyadını tamamilə yanlış verib. Hazırda biz onun kimliyini tapmağa çalışırıq. Aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən də xanım axtarışa veriləcək”.

Onu da qeyd edək ki, qadının həyat yoldaşı da narkotik vasitə istifadəçisi olub və hazırda həbsxanadadır.





скачать dle 11.3
Mojo.az Banner