Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ataları tərəfindən sığınacağa verilən üç körpə: “Üç gün ac qalıb, su ilə dolanıblar”

28.04.2020 14:46 2 920
Ataları tərəfindən sığınacağa verilən üç körpə: “Üç gün ac qalıb, su ilə dolanıblar”
“Sığınacağa bədənində yaralar olan üç körpə gətirilib. Onlar üç gün ac qalıblar”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, uşaqlar münaqişəli ailənin övladlarıdır:

“Bizə verilən məlumata görə, ana öz uşaqlarını atıb gedib. Ata isə ərazi üzrə icra hakimiyyəti vasitəsi ilə uşaqları bizə gətirib. Uşaqlar sığınacağa gələndə çox acınacaqlı vəziyyətdə idilər. İkisi oğlan, biri qız uşağıdı. Ən balacası 1 yaş 8 aylıqdır, ortancıl uşağın dörd, böyük uşağın isə beş yaşı var. Onlarla söhbət zamanı məlum olub ki, üç gün yemək yeməyiblər. Yalnız su ilə dolanıblar.

Uşaqlara normal baxılmadığından saçlarına bit düşmüşdü. Bu səbəbdən məcbur saçlarını kəsməli olduq. Bir uşağın qulağının arxasında zədə var. Atası deyir peçə dəyib yanıb. Uşaq hazırda müalicə olunur”.

K.Ağazadə deyir ki, uşaqların atası həyat yoldaşının tez-tez evi tərk etdiyini deyib:

“Ərazi üzrə icra hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə uşaqları qəbul etdik. Söhbət zamanı ailənin münaqişəli olduğu bildirilib. Zaman-zaman qadın əri tərəfindən döyüldüyünü iddia edib. Kişi isə bunu inkar edir. Hazırda bu məsələlər araşdırılır. Uşaqlar artıq üç gündür ki, yanımızdadır. Bu gün anası yaşadığı rayonun icra nümayəndəsinin vasitəsi ilə mənimlə əlaqə saxlayıb. Qadının mənimlə danışığından hiss olunurdu ki, münaqişəyə meyilli insandır. Ona bildirdim ki, uşaqlar bura müvafiq ərazi üzrə icra hakimiyyətinin nümayəndələrinin vasitəsi ilə gətirilib”.скачать dle 11.3
Mojo.az Banner