Mojo.az — elanlar
Son Xəbərlər
14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqları ölümə aparan “məktəb yolu” - VİDEO

18.08.2020 11:44 840
Uşaqları ölümə aparan “məktəb yolu” - VİDEO
Bakının Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən 238 saylı məktəbin yolunda səki yoxdur. Ərazidə yaşayan və övladları həmin məktəbdə təhsil alan valideynlərin problemi səki dərdidir.

Median.Az
xəbər verir ki, ARB Xəbər-də məsələ ilə bağlı süjet yayımlanıb.

Sakin: "Məktəbin darvazaları olan tərəfdən keçmək olurdu. İndi oranı da bağlayıblar".

Sakin: "Məcburuq ki, ağacların qırağı ilə keçib gedək. Bu tozun torpağın içi ilə keçirik, bu, düzgün deyil".

Sakin: "Uşaq yolla gedir, maşın gəlib vursa yaxşıdır?!"

Sıxlıq vaxtlarda şagirdlərin maşın yoluna çıxmaqdan başqa çarəsi qalmır. Sakinlər deyirlər ki, 5-6 il əvvələ qədər burada səki olub, amma sonra barı çəkilib. Lakin hasarın yanında piyada səkisi salmaq aidiyyatı qurumların ağlına gəlməyib. Məsələdən xəbərdar olan Nizami Rayon İcra Hakimiyyəti isə insanların, necə deyərlər yollara tökülməsinə səbəb olan səkisizliyi problem kimi görmür.

Cavid Qafarov - Nizami RİH-in sektor müdiri: "Biz bu məsləyə problem deməyək. Çünki vətəndaşların müraciətlərini nəzərə alaraq başçının səyyar qəbulunda müraciət edilib. Və bunun əsasında aidiyyatı orqanlara müraciət etmişik. Onlardan da müəyyən cavablar almışıq. Həmin cavablar vətəndaşların özünə təqdim olunub. O yol ilk növbədə səkiyə münasib deyil, çox dardır. Səki olduqda nəqliyyatın hərəkəti sıxlaşa bilər. Ona görə, bu məsələ qalıb gələcək planlarda".

Deyilən aidiyyatı orqanlardan biri də Bakı Nəqliyyat Agentliyidir. Qurum rəmisi deyir ki, məktəbətrafı səki problemlərinin həlli ilə bağlı agentliyin Təhsil Nazirliyilə birgə layihəsi var.

Mais Ağayev - BNA-nın mətbuat xidmətinin rəhbəri: "Təhsil Nazirliyi ilə birgə pilot layihələr işlənib hazılanmışdı. Siz qeyd etdiyiniz məktəbin ətrafına da əməkdaşlarımız tərəfindən baxış keçiriləcək, təhlillər aparılacaq, burada da qeyd olunan müəyyən çatışmazlıqlar varsa, təbii ki, məsələnin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə iş aparılacaqdır".

Çox gözəl. Amma bu işlərin tətil vaxtı aparılması yəqin ki, həm iş icraçılarının, həm məktəblilərin, həm də yoldan hərəkət etməli olan sürücülərin ürəyincə olar. Dərs ili başladıqdan sonra ərazidə söküntü və tikinti işlərinə start vermək məlum məsələdir ki, hər kəsin narahatlığına səbəb olacaq. İşlərin gələn yaya saxlanılması isə insanların həyatı üçün təhlükəli olan vəziyyətin bir il də uzanması deməkdir. Hər halda vəziyyətdən xəbərsiz olanlar bildi, bilənlərə isə bir daha xatırlatdıq.

Son xəbərlər