Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA

17.08.2020 17:52 1 374
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA
Koronavirusa yoluxmuş şəxslər müalicə yerini (xəstəxana, yaxud ev) tərk etdiyi halda cinayət məsuliyyətinə cəlb edilir və onlar yalnız sağaldıqdan sonra barələrində istintaq hərəkətləri aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Oxu.Az-a bildirib ki, ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan şəxslər karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları tərəfindən aşkarlanır və məsuliyyətə cəlb edilirlər.

Bəs xəstəliyə yoluxmuş şəxsin tutulması barəsində həbs və digər qətimkan tədbirləri hansı qaydada həyata keçirilir?

E.Zahidov bildirir ki, xəstəliyə yoluxmuş şəxsin qanunsuz olaraq yaşayış yerini tərk etməsi müəyyən edilən şəxslər saxlanıldıqdan sonra Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülür.

“Bundan sonra dərhal həmin şəxslər müalicə olunmaq üçün xüsusi xəstəxanalara yerləşdirilir. Onlar tam sağaldıqdan sonra barələrində həbs və digər qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır və prosessual qanunvericilikdə nəzərdə tutulan istintaq hərəkətləri aparılır”.

DİN rəsmisi əlavə edib ki, indiyədək ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 16 fakt üzrə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan müalicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl olunmasını tələb edir.

Xəbərdarlıq edilir ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edəki ki, Azərbaycan qanunvericiliyində karantin qaydalarını pozmağa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.

Maddənin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndində isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı məsuliyyət müəyyən edilib.

Bu əmələ görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Karantin rejimi qaydalarının pozulmasına görə, vətəndaşlar inzibati məsuliyyətə də cəlb edilirlər.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hüquqi şəxslər isə 4 000 manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Bu xətaların bir il ərzində təkrar törədilməsinə görə cərimələr iki dəfə artıq məbləğdə tətbiq olunur.скачать dle 11.3
Mojo.az Banner