Mojo.az Banner
20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |     18:49 Azərbaycan XİN Kanadaya başsağlığı verdi  |     18:34 Pezeşkian Azərbaycana təşəkkür etdi  |     18:17 Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?  |     18:02 Rusiya vətəndaşları Azərbaycanda nə üçün kütləvi mənzil alırlar? - Video  |     17:51 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:45 Zabratda evdə yıxılan qadın öldü  |     17:44 Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu (FOTO)  |     17:30 İcra başçısının müavini işdən çıxdı  |     17:29 Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğın  |     17:21 Şərurda qardaşı oğlunu çəkiclə öldürməkdə təsirləndirilən əmiyə hökm oxundu  |     17:07 "Nənəmin təndiri" CƏRİMƏLƏNDİ  |     16:38 AFFA iki komandaya texniki məğlubiyyət verib  |     16:23 "Papanin hospitalı"nın rəisi İŞDƏN ÇIXARILDI: Yerinə təyinat oldu  |     16:10 Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  |    
Left Banner
Right Banner

Azərbaycanda yaşayış yerini tərk edən 10 koronavirus xəstəsinə qarşı cinayət işi açılıb - FOTO

05.08.2020 16:59 2 307
Azərbaycanda yaşayış yerini tərk edən 10 koronavirus xəstəsinə qarşı cinayət işi açılıb - FOTO
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə COVID-19-un yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülüb, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılıb.

Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək, küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub.

Görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid edilib və xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işinə başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





скачать dle 11.3