Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı

12.08.2020 16:49 1 428
Azərbaycanda daha 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Azərbaycanda koronavirus infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8054 test aparılıb.

Aktiv xəstə sayı isə 2269 nəfərdir.


Son xəbərlər