Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO

05.08.2020 14:11 2 170
Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb - FOTO
"Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı.

Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim".

Bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

O bildirib ki, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:

"Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar.

Bu adamlar dövlətə və millətə meydan oxuyaraq “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm.

Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin vilanın sahibi kimdirsə? nümayişkənarə şəkildə dənizi yenidən insanlara qapatmışdı.

Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır.

Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldurlar. Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım.

Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü.

Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm. Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq".

скачать dle 11.3
Mojo.az Banner