Mojo.az Banner
16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik monitorinq apardı, 144 obyektdə pozuntu aşkarlandı

03.08.2020 20:13 1 486
Nazirlik monitorinq apardı, 144 obyektdə pozuntu aşkarlandı
İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində növbəti monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, pandemiya şəraitinin və xüsusi karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə iyulun 30-da keçirilmiş monitorinqlər zamanı Nərimanov rayonunda “Eqoist Şirniyyatı” dükanında, “Face Studio” xidmət obyektində, Heydər Heydərova məxsus qarışıq mallar mağazasında, Sabunçu rayonunda “Grandmart Supermarket”də, Mahir Məcidova məxsus ictimai iaşə obyektində, Xətai rayonunda “Helium Mağaza”da, Əmrah İsmayılova məxsus inşaat malları mağazasında, Binəqədi rayonunda “Uşaq geyim-oyuncaqlar satışı” mağazasında, “Buta Farm” MMC-yə məxsus aptekdə, Suraxanı rayonunda “Xəzər Market”də, Lətifə Şamiyevaya məxsus şirniyyat sexində, Qaradağ rayonunda “Dönərxana online satış” ictimai iaşə obyektində, Tural Ağayevə məxsus “İçkilər və şirələr” mağazasında, Yasamal rayonunda “Faceup Beauty” gözəllik salonunda, Murad Zeynalova məxsus ət satışı mağazasında, Səbail rayonunda “Entrée Restoranı”nda, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Xəzər rayonunda “Oba Market”də, “Al Market”də, Nəsimi rayonunda Eldar İsmayılova, Şahlar Əliyevə məxsus oyuncaq, Kamran Eyubova məxsus gül mağazalarında, Nizami rayonunda İsmayıl İbrahimova məxsus ərzaq, “Hobbykitchen” MMC-yə məxsus qab-qacaq mağazalarında, Şamaxı rayonunda “Dostluq Ticarət Mərkəzi”ndə, Adil İmanova, Rəşad Babayevə, Elçin Rəhimova, Sadiq Mikayılova və Amil Bayramova məxsus ticarət obyektlərində, Masallı rayonunda “Ağa Market”də, “Sevimli Market”də, “Bol Market”də, “Buta Market”də, “Oba Market”də, Füzuli rayonunda Hikmət Verdiyevə məxsus “Avtomobil ehtiyat hissələri”, Yusif Bağırova məxsus “Tikinti materialları” mağazalarında, Salman Abbasova məxsus “Market”də, Bərdə rayonunda Rauf Süleymanova, Elçin Nəsirova, Vasif Məmmədova məxsus ət kəsimi obyektlərində, ümumilikdə, monitorinq aparılmış 809 obyektin 144-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

İyulun 30-da nəzarət-yoxlama tədbirləri keçirilmiş 690 obyektin 91-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyənləşdirilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Qeyd edək ki, mayın 22-dən iyulun avqustun 3-dək monitorinq aparılmış 20 385 sahibkarlıq subyektindən 7 629-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Bununla yanaşı, paytaxtda və regionlarda yerləşən ticarət, xidmət və istehsal obyektlərində aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində zəruri qayda və tələblərə əməl olunmaması halları əhəmiyyətli dərəcədə azalıb. Hazırda bu sahədə nöqsanlar əsasən, kiçik ticarət və xidmət obyektlərində müşahidə olunur.

Mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner