Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı |
Mojo.az Avto
Mojo.az Avto

FHN Siyəzəndə baş vermiş yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

31.07.2020 21:58 2 794
FHN Siyəzəndə baş vermiş yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzən rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı Sədan kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 170 ha quru ot, kol-kos, vətəndaşa məxsus ümumi sahəsi 25 kv/m olan talvarın altına yığılmış ot bağlaması, ümumi sahəsi 28 kv/m olan anbarın içərisinə yığılmış buğda yanıb. Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər, neft buruqları və meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Yanğın ərazisinin kəşfiyyatı zamanı kənd sakini, 1955-ci il təvəllüdlü Qambayev Nizami Əli oğlunun yanmış meyiti aşkar olunub. Yanğın zamanı yanıq xəsarətləri almış, 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşah oğlu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. C.Zeynalov yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunmuşdur.

***

Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, ağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.

Son xəbərlər