Mojo.az Banner
11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusun yeni növü yayılmağa başlayıb

27.07.2020 18:57 1 276
Koronavirusun yeni növü yayılmağa başlayıb
Viyetnamın Da Nanq şəhərində və ətraf ərazilərində son günlər qeydə alınan koronavirusa dörd yoluxma halı xəstəliyin daha əvvəl rast gəlinməmiş yeni formasıdır.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətdən bildiriblər.

Belə ki, aparılan tədqiqatlara əsasən, virusun yeni növü daha fəaldır, daha sürətlə çoxalır, xəstələrin daha tez ağır vəziyyətə düşməsinə səbəb olur. Ölkənin Səhiyyə Nazirliyinə görə, yeni tipli virusun peyda olması qanunsuz miqrantlardan, yaxud xəstəxanalardan birində virusun mutasiyası ilə bağlı ola bilər.

Son 99 gün ərzində ölkədə ilk daxili yoluxma halı şənbə günü mühüm istirahət mərkəzi olan Da Nanq şəhərində yaşayan və xaricə heç getməmiş 57 yaşlı şəxsdə aşkarlanıb. Bundan sonra baş nazir Nquyen Xuan Phuk şəhərdə kütləvi testlər keçirmək, azı 1 metr sosial məsafə qaydasına əməl etmək barədə göstəriş verib. Sabahdan etibarən kütləvi əyləncə, dini, mədəni tədbirlər dayandırılır, ictimai iaşə və gözəllik müəssisələri də bağlanır.

Bu gün hökumət Da Nanq şəhərindən 80 min turistin dörd gün ərzində təxliyə olunması barədə qərar verib.

Qeyd edək ki, 96 milyon əhalisi olan Viyetnam indiyədək cəmi 420 yoluxma halı və 0 ölüm halı ilə koronavirusa qarşı mübarizə sahəsində dünya miqyasında böyük nailiyyət əldə edib. Bu nailiyyətin, ilk növbədə, çox çevik və sərt qabaqlayıcı tədbirlər sahəsində əldə edildiyi bildirilən ölkə mart ayında sərhədlərini əcnəbilərin üzünə tam bağlamışdı.скачать dle 11.3
Mojo.az Banner