“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:45 Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb  |     16:28 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ  |     16:25 Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi  |     16:03 "Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı  |     15:42 İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI  |     15:35 "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı  |     15:34 Olimpiadada Rusiyanı Fransa əvəzləyəcək  |     15:32 Əcnəbilərin İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir - FOTO  |     15:17 Pensiyadan vaxtından əvvəl istifadə imkanı: Özəl fondların xüsusiyyətləri  |     15:15 Bakıda 62 yaşlı kişi tanışını bıçaqladı  |     14:46 Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək  |     14:35 "Sabah" daha iki məşqçisi ilə yolları ayırdı  |     13:54 Şirvanda yaşayış binası yandı  |     13:26 İran İsrailə hücumda ilk dəfə müasir şaquli buraxılış raketlərindən istifadə edib  |     13:12 İsmayıllıda oğul atasını söyüşə görə bıçaqlayıb? - TƏFƏRRÜAT  |     13:01 Vasif Talıbovun yaratdığı fond LƏĞV EDİLDİ  |     12:53 Masallıda 40 yaşlı kişi istirahət mərkəzində öldü  |     12:50 ABŞ bunker bombalarını gündəmə gətirdi: İsrail vasitəsilə İrana təzyiq ssenarisi  |     12:44 "Benfika" - "Boka Xuniors" görüşündə qalib müəyyən olunmadı  |     12:40 Astarada 22 yaşlı qadını döyən əri həbs edildi  |    

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Los-Anceles şəhərində erməni təxribatı nəticəsində biri qadın olmaqla, yeddi həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb və onlardan dörd nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Bəxtiyar Eyvazovun vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə Qafqazinfo-ya məlumatı zərərçəkmişin atası Ağasəf Eyvazov verib. Bildirib ki, başından aldığı zərbələr nəticəsində oğlunun üzü şişib, o, xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə ambulator şəraitdə davam etdirilir:

“Vəziyyəti orta-kafidir. Bu gün bizim vaxtla gecə 12-də yenidən yoxlanmaları olacaq. Hazırda evdə müalicəsi davam etdirilir. Bizi narahat edən məqam odur ki, şəhərdə milyondan çox erməni yaşayır. Onu o vəziyyətdə niyə təcili şəkildə xəstəxanadan çıxarıblar? Evə gələndən sonra başından aldığı travmalara görə qaytarıb. O, bir müddət müşahidə altında qalmalıdır. İndi yanında adam var, təhlükəsizlik baxımından təmin olunub”.

A.Eyvazov konsulluğun da işindən narazı olduğunu bildirib: “Bəlkə tibbi yardıma ehtiyacı var? Ev yoldaşı da buradan yenicə gedib, şəhəri yaxşı tanımır. Mənə bildirildi ki, konsulluqdan onlarla əlaqə saxlayan olmayıb. Bircə diaspordan zəng vurub, nömrə qoyublar ki, oyananda əlaqə saxlasın”.

A.Eyvazovun sözlərinə görə, 1990-cı il təvəllüdlü Bəxtiyar Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Amerikada işləyir: “Aprel ayında vətəndaşlıq almalı idi, sadəcə, pandemiya səbəbindən qalıb”.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komitə hadisə baş verən gündən aksiyada iştirak etmiş bütün vətəndaşlarla maraqlanır, onlarla mütəmadi olaraq əlaqədədir: “Hadisə baş verən andan vətəndaşlarımızla əlaqə saxlanılıb. Bəxtiyar Eyvazovla da, onun yanındakı şəxslərlə də danışılıb, vəziyyəti qənaətbəxşdir”.

“AzərTAc”ın yaydığı məlumata görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi də Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar soydaşlarımız Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir:

“Eyni zamanda, xahiş edirik ki, zorakılıq və təhdid halları yaşanarsa, vətəndaşlar konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los-Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.

Xatırladaq ki, baş vermiş erməni təxribatı ilə bağlı hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 510 23.07.20 13:53