Mojo.az Banner
21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |     20:40 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?  |     20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeron Suvarma kanalına çirkab sular axıdan sürücü tutuldu - VİDEO

22.07.2020 21:25 1 443
Abşeron Suvarma kanalına çirkab sular axıdan sürücü tutuldu - VİDEO
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron Suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb. Məlumat dərhal Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Bununla bağlı DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99-SR-115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb.

Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib. O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən səmimi peşman olduğunu bildirib.

Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.скачать dle 11.3
Mojo.az Banner