Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsu sakininin polis əməkdaşı tərəfindən döyülməsi barədə yayılmış iddialarla bağlı DİN-dən AÇIQLAMA

03.09.2020 21:18 1 623
Ağsu sakininin polis əməkdaşı tərəfindən döyülməsi barədə yayılmış iddialarla bağlı DİN-dən AÇIQLAMA
Sosial şəbəkələrdə Ağsu rayon sakini Talıb Hüseynovun polis əməkdaşı tərəfindən döyülməsi və ona qarşı qanunsuz tələblərin irəli sürülməsi ilə bağlı yayılmış fikirlər həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

DİN-in məlumatına görə, məsələyə nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov münasibət bildirib:

“Avqust ayının 27-də Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektorları şəhər ərazisində xidmət aparan zaman “VAZ 2106” markalı avtomobili idarə edərkən sürücüsünün sükan arxasında mobil telefonla danışdığı üçün ona “Saxla” əmri veriblər. Polis əməkdaşı özünü sürücüyə təqdim edərək, törətdiyi qayda pozuntusunu izah edib və sənədlərini istəyib. Ancaq sürücü avtomobildən düşərək, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək təhqir edib və mobil telefonun kamerası ilə onların videoçəkilişinə başlayıb.

Həmin görüntüləri ictimailəşdirərək, onları işdən azad etdirəcəyini bildirib və hədə-qorxu gəlməyə başlayıb. Xırda xuliqanlıq hərəkətlərinə davam etdiyinə görə o, polis şöbəsinə dəvət olunub. Həmin sürücü - Ağsu rayon sakini Talıb Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 342.6-cı (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) maddələri ilə protokol tərtib edilərək cərimə olunub.

Həmin şəxs polis şöbəsində yazdığı izahatında səhvini başa düşdüyünü və əməlindən peşman olduğunu bildirib.

T.Hüseynovun polis şöbəsində döyüldüyü və müəyyən məbləğdə pulunun ondan alınması barədə səsləndirdiyi fikirləri isə həqiqəti əks etdirmir və böhtan xarakterlidir. O, hər bir maddə üzrə 50 manat cərimə olunmaqla ümumilikdə 100 manat cərimələnib”.скачать dle 11.3
Mojo.az Banner