Mojo.az Banner
23:01 Varlı insanlar niyə qolf oynayır?  |     22:55 "Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək  |     22:48 Kadırovun 18 yaşlı oğlunun şəxsi batalyonu oldu  |     22:41 Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü  |     22:36 Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi -VİDEO  |     22:30 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq  |     22:22 2015-dən 2025-ə: Azərbaycanda ixtisas balları necə dəyişib?  |     22:16 Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb  |     22:08 Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda  |     22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |    
Left Banner
Right Banner

DİN: "Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir"

04.09.2024 19:53 837
DİN:
Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov TNS-ə bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb.

Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İ.Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib.

"Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İ.Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır", - E.Qasımov deyib.скачать dle 11.3
Mojo.az Banner