Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video | 15:57 Doğulanların sayı azaldı: Ölənlər artdı | 15:40 Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yerləşdirin | 15:29 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu - Foto | 15:20 Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib | 15:12 Arzu və Leyla Əliyevalar Vyetnamda | 15:05 Müsəlmanların sayı bu tarixdə xristianları ötəcək – PROQNOZ |
Mojo.az Avto
Mojo.az Avto

Bakıya torpaq yollarla sərnişin daşıyanlar həbs edildi - FOTO/VİDEO

22.07.2020 15:13 1 359
Bakıya torpaq yollarla sərnişin daşıyanlar həbs edildi - FOTO/VİDEO
Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub.

Əməliyyat zamanı sürücülərə xüsusi karantin postundan kənar torpaq yolla keçməyə bələdçilik edən Ələt qəsəbəsi sakini Elməddin Xəlilov da saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Azər Aslanov və Elməddin Xəlilov 15, Zaur Kərimov, Ruslan Hüseynli və Teymur Kərimov müvafiq olaraq 10 sutka inzibati qaydada həbs ediliblər.

Sərnişin kimi icazəsi olmadan Bakı şəhərinə gəlmək istəyən Oqtay Qədirova isə ciddi xəbərdarlıq edilib və o, 200 manat məbləğində cərimə olunub.










Son xəbərlər