Mojo.az Banner
11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı sakinindən şikayət: Nazirlik hüquq mühafizə orqanlarına müraciət edəcək

18.07.2020 22:14 1 306
Bakı sakinindən şikayət: Nazirlik hüquq mühafizə orqanlarına müraciət edəcək
Sosial şəbəkə səhifələrinin birində Bakı şəhəri, Binəqədi rayon sakini Natəvan Xəlilovanın guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işə göndəriş verilməsi, bir günlük əmək müqaviləsi bağlanılması və bunun birdəfəlik ödəmə almasını məhdudlaşdırılması məqsədilə edildiyi barədə şikayəti yayılıb.

Məsələ ƏƏSMN tərəfindən dərhal araşdırılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, əmək müqaviləsi bildirişi altsistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, Natəvan Xəlilova ilə fiziki şəxs Həbibov Mehman Cabir oğlu (qeydiyyat ünvanı Quba) arasında 16.05.2020 tarixdə əmək müqaviləsi imzalanıb (məşğulluq təsnifatı – təkər düzəldən) və elə həmin tarixdə də müqaviləyə xitam verilib.

O qeyd edib ki, işəgötürənlə bu barədə söhbətdə bundan xəbərsiz olduğunu, mühasibi tərəfindən qanunsuz hərəkət edildiyini qeyd edib:

“Natəvan Xəlilovaya məsələ ilə bağlı ətraflı məlumat verildi. Nazirlik tərəfindən vətəndaşın adına hər hansı bir iş üçün göndəriş verilmədiyi və əmək müqaviləsi imzalanmadığı izah edilib.

Nazirlik bu məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edəcək”.скачать dle 11.3
Mojo.az Banner