Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

320 min şəxsə bu səbəbdən 190 manat verilmədi

30.04.2020 17:37 1 851
320 min şəxsə bu səbəbdən 190 manat verilmədi
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, qanunvericiliyə uyğun olaraq, qurumun "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.

Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.

Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

Daha 100 min şəxsə də bu ödəmə veriləcək.

Son xəbərlər