Mojo.az Banner
17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib - RƏSMİ

16.07.2020 17:04 2 375
Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib - RƏSMİ
“Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin dediklərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır.

“Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur.

Azərbaycan xüsusi təyinatlıları arasında itki, ümumiyyətlə, ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb”.скачать dle 11.3
Mojo.az Banner