Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda karantin rejimini pozan sahibkar həbs edildi

09.07.2020 16:33 1 320
Bakıda karantin rejimini pozan sahibkar həbs edildi
Qaradağ rayon sakini Cavanşir Dilavərovun ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı Cavanşir Dilavərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyektin fəaliyyət göstərməsi və orada müştərilərin olması müəyyən edilmiş, eyni zamanda Cavanşir Dilavərovun törətmiş olduğu qanunsuz əməlləri etiraf etməsi audio-video çəkilişlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarına əsasən Cavanşir Dilavərov inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati həbs seçilib.скачать dle 11.3
Mojo.az Banner